d3770b02-1359-41e2-82c4-1aae0a05e4b8..jpg

Basketbolçularımız Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olublar

Baxış sayı: 477 dəfə baxılıb.

Basketbolçularımız Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olublar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

3×3 qadın millimiz Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olub.

Bununla bağlı Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Belə ki, 5 aprel tarixində Tailandın Muanq Patum Tani şəhərində 3×3 basketbol
üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub. “Paris 2024”
Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq
turnirdə, 3×3 qadın millimiz “B” qrupundan çıxaraq, turnirin 1/4 final
mərhələsinə yüksəlib. Millimiz bu mərhələdə “Sriracha Eagle”(Tailand) klubuna
21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Millimiz
yarımfinalda isə, Polşanın “Lotto” klubu üzərində 17-16 hesablı qələbəyə
sevinib. Finalda güclü “Zoos” (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda
17-15 hesabı ilə məğlub olan 3×3 qadın millimiz beynəlxalq turniri ikinci
sırada tamamlayıb.

Source link