3fb7fac3-e7ba-46c9-b407-1750709b0e0f..jpg

Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” – VİDEO

Baxış sayı: 629 dəfə baxılıb.

Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə
yetirdilər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Başlıbel qətliamından 31 il keçir.

Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar.

Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə
yetirilib:

“Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər
şəxsləri maşına yığaraq apardılar”.

Ələkbər Ələsgərov da yaxınlarının öldürüldüyünə şahidlik edib:

“12 nəfərimizi öldürdülər, 14 nəfəri isə girov apardılar, qalanlar isə canını
qurtarmağa çalışdılar, lakin heç kimin bir-birindən xəbəri yox idi”.

Qeyd edək ki, 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı
zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə
bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən ermənilər doqquz
nəfəri qətlə yetirib, beş nəfəri isə girov götürüblər. Qalan 62 nəfər isə
dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək
daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı bir
nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb.
Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə
mühasirədən çıxa biliblər. Bu hadisələr zamanı yalnız 93 yaşlı Başlıbel sakini
Ələsgər Kazımov doğma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.

Daha ətraflı videoda:


Source link