1f210ac9-0240-4144-98ae-bbf70e1e3603..jpg

Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI – FOTO

Baxış sayı: 2. 391 dəfə baxılıb.

Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni
Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin “Show TV” kanalında
yayımlanan “Didem Arslan Yılmazla Vazgeçme” verilişinə qonaq olan Esra adlı
qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla
evlənəcəyini bildirdiyini irəli sürüb.

Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş
sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının
sənəd üzərindən çəkilən fotosunu paylaşıb.

Sənəddə yazılır:

“Keçən həftə “Didəm Arslan Yılmazla Vazgeçme” adlı verilişdə israrla adını
çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə
uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı
meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və
onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin
xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə
Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan
şəxslər tərəfindən şəxsi həyatın toxunulmazlığını tənzimləyən “Fərdi
Məlumatların Qorunması Qanunu”nun pozuntusudur və cinayət təşkil edir. Yayılan
xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq,
psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm
müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının
pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.

Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və
müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara
qarşı sona qədər gedəcəyik”.

Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı
da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı
var.

Source link