d8e93442-7ce5-44b9-88d6-c8b0c602f0ea..jpg

Başqırdıstanda nazir beş milyon rüşvət alarkən saxlanılıb

Baxış sayı: 877 dəfə baxılıb.

Başqırdıstanda nazir beş milyon rüşvət alarkən saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanov beş
milyon rubl rüşvət alarkən saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bundan sonra respublika rəhbəri Radi Xabirov Klebanovu işdən çıxarıb.

Qeyd edək ki, Klebanov 2022-ci ilin dekabrından Başqırdıstanın nəqliyyat və
yol təsərrüfatı naziri vəzifəsində çalışırdı.

Aleksandr Klebanov magistralın yenidən qurulması məqsədilə tikinti
materiallarının daşınması üçün müqavilələr bağlayan “Başkiravtodor” ASC-nin
direktorlar şurasının üzvü olub. İstintaqın məlumatına görə, Klebanov etdiyi
himayəyə görə və artıq başa çatdırılmış işin haqqının alınmasında köməklik
göstərdiyinə görə pul tələb edib, eyni zamanda imtina ediləcəyi təqdirdə pulun
ödənilməməsi ilə hədələyib. Şirkət rəhbərliyi, müstəntiqlərin dediyinə görə,
rüşvəti verməyə razılaşıb.

Mənbə: ura.news

Source link