Batabatın donmuş gölləri və qış mənzərəsi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan
Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat
yaylağının qış mənzərələri müxtəlif çalarların ahəngidir. Yay aylarında min bir
rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb.
“Report” Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən
fotoreportaj hazırlayıb.
Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində,
dəniz səthindən 2 424 metr yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan
şirinsulu göldür.
Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”,
“Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla
əhatələnir.