BATE-nin baş məşqçisi: “Qarabağ” gözlədiyimiz səviyyədə oynadı

Baxış sayı: 1. 759 dəfə baxılıb.

BATE-nin baş məşqçisi: “Qarabağ” gözlədiyimiz səviyyədə oynadı

BATE-nin baş məşqçisi Aleksey Baqa “Qarabağ”la oyundan sonra mətbuat konfransına çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, Baqa cavab oyunu haqda indidən düşünməyə başladığını bildirib:

“Hesabı açandan sonra “Qarabağ” irəli atıldı. Bu da rəqib müdafiəsində boşluqlar yaranmasına səbəb oldu.

Cavab oyununa bir həftə vaxtımız var. Həmin matç haqda fikirləşmək üçün vaxtımız olacaq. Açığı, yadıma gəlmir ki, 1:0 qalib gəldiyimiz görüşdən sonra mərhələ keçməyək.

“Qarabağ” gözlədiyimiz səviyyədə oynadı. Bu komandanın gözəl baş məşqçisi və əla yerli futbolçuları var. PSV nümayəndəsinin burda iştirak etməsi bizim üçün önəm kəsb etmir. Hələ cavab oyunumuz var”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com