Batumidə NATO PA-nın “Rouz-Rout” seminarı başlayır

Batumidə NATO PA-nın “Rouz-Rout” seminarı başlayır

Baxış sayı: 2. 859 dəfə baxılıb.

Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci “Rouz-Rout” seminarı  öz işinə başlayır. 

ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

Seminarda yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və Avro-Atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.  

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com