“Bavariya” 12-ci dəfə “qızıl dubl” etdi

Baxış sayı: 2. 515 dəfə baxılıb.

“Bavariya” 12-ci dəfə “qızıl dubl” etdi

Almaniya Kubokunda “Bavariya” və “Leyptsiq” komandaları arasında final oyunu keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Berlindəki “Olimpiaştadion” baş tutan qarşılaşmada “Leyptsiq” 0:3 hesabı ilə “Bavariya”ya uduzub.

Oyunun 29-cu və 85-ci dəqiqələrindədə Robert Levandovski, 78-ci dəqiqəsində isə Kinqsli Koman seçilib.

Xatırladaq ki, münhenlilər daha öncə yeddi dəfə ardarda bundesliqada qələbə qazanıblar. Beləliklə də, “Bavariya” 12-ci dəfə “qızıl dubl” edib.