“Bavariya” 17 yaşlı istedadı heyətinə qatmağa çalışır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Münhenin “Bavariya” klubu “Şalke”nin 17 yaşlı istedadlı yarımmüdafiəçisi Assan
Uedraoqonun nümayəndələri ilə danışıqlar aparır.
Bu barədə “X” sosial şəbəkəsində idman jurnalisti Florian Plettenberq məlumat
verib.
Onun yazdığına görə, Münhen klubu A.Uedraoqoya beşillik müqavilə təklif edib.
Məlumatda, həmçinin qeyd olunub ki, “Bavariya” 17 yaşlı futbolçunu transfer
etmək üçün hazırda “Ayntraxt Frankfurt” və “Leypziq” klubları ilə rəqabət
aparır.