a3ad5faf-b8f9-4dbd-84c7-b6804f04bd90..jpg

“Bavariya” doğma meydanda “Borussiya”ya uduzdu – VİDEO

Baxış sayı: 442 dəfə baxılıb.

“Bavariya” doğma meydanda “Borussiya”ya uduzdu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 27-ci turunda “Bavariya” “Borussiya”nı qəbul edib.

Cixisyolu.com xəbər verir ki, Münhendəki “Allianz Arena”da baş tutan matç qonaqların
qələbəsilə başa çatıb – 0:2.

Matçın 10-cu dəqiqəsində “Borussiya” önə keçib. Qolu qonaqların hücumçusu
Kərim Adeyemi vurub. 83-cü dəqiqədə Dortmund klubunun müdafiəçisi Yulian
Ruerson fərqi ikiyə çatdırıb.

89-cu dəqiqədə Harri Keyn “Bavariya”nın ilk qolunu vursa da, video təkrarı
izlədikdən sonra qol ləğv edilib.

Hazırda “Bavariya” Bundesliqanın turnir cədvəlində ikinci yerdədir. Komanda 27
görüşdə 60 xal toplayıb. “Borussiya” isə 53 xalla dördüncü yerdədir. Almaniya
çempionatının turnir cədvəlinə “Bayer” (73) başçılıq edir.

Source link