“Bavariya” dünya çempionunu rekord qiymətə heyətinə qatdı

Baxış sayı: 3. 345 dəfə baxılıb.

“Bavariya” dünya çempionunu rekord qiymətə heyətinə qatdı

Almaniyanın “Bavariya” klubu İspaniyanın “Atletiko” komandasının futbolçusu Lukas Ernandesi heyətinə qatıb.

Almaniya klubu 23 yaşlı Ernandes üçün  “Atletiko”ya 80 milyon avro ödəyib. Müqavilə 2024-cü ilə qədər qüvvədə olacaq.

Gazeta.ru xəbər verir ki, ulduz futbolçu  iyulun 1-dən yeni komandasına qoşulacaq. 

 Lukas Ernandes 2014-cü ildən “Atletiko”nun şərəfini qoruyur.

 O, 2018-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısıdır.