“Bavariya” “Qalatasaray”ın futbolçusunu transfer edib – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bavariya” “Qalatasaray”dan Saşa Boeni transfer edib.
23 yaşlı fransalı müdafiəçi 30 iyun 2028-ci ilə qədər müqavilə əsasında Münhen
klubunda çıxış edəcək.
Komandadan yayılan məlumata görə, futbolçu sazişə imza atmazdan öncə tibbi
müayinədən uğurla keçib.
“Bu mənim üçün gerçəkləşən bir xəyaldır. “Bavariya” kimi böyük klubda oynamaq
mənim üçün şərəfdir. Mən yeni komandamla oynamağı səbirsizliklə gözləyirəm. Bir
oyunçu kimi mən hücum etməyi sevən müdafiəçiyəm, müdafiədə olduğu kimi ön xəttə
də iştirak etməyi xoşlayıram”, – deyə Boe bildirib.