a9edb9f5-41fc-4896-bfcc-7b0cd0bdd33e..jpg

“Bavariya” sabiq müdafiəçisini qaytarır

Baxış sayı: 3. 181 dəfə baxılıb.

“Bavariya” sabiq müdafiəçisini qaytarır

Almaniyanın “Bavariya” klubu sabiq futbolçusu Jerom Boatenqi qaytarır.

“Report” xəbər verir ki, 35 yaşlı müdafiəçi tezliklə Münhen təmsilçisinə
dönüşünü rəsmiləşdirəcək.

Almaniya millisinin keçmiş oyunçusu artıq tibbi müayinədən də keçib. Onun
Bundesliqa çempionu ilə müqavilə müddəti mövsümün sonuna qədər nəzərdə
tutulacaq.

Boatenq yayda Fransa klubu “Lion”dan ayrıldığından, “Bavariya”ya azad agent
kimi keçəcək.

Qeyd edək ki, Jerom Boatenq 2011-2021-ci illərdə “Bavariya”nın formasını
geyinib.

Source link