Münhen “Bavariyası” baş məşqçı Niko Kovaç ilə yollarını ayırdığını bildirib. Müqavilə qarşılıqlı anlaşma əsasında ləğv olunub.
Bavariya”nın rəyasət heyətinin sədri Karl-Haynts Rummenige bildirib ki, komandanın son uğusuzluqları klub rəhbərliyini hərəkətə gətirib. Baş məşqçi səlahiyyətlərini müvvəqqəti olaraq Qans Flik icra edəcək. O komandanı Çempionlar Liqasında “Olimpiakos”la oyuna hazırlayacaq.
Qeyd edək ki, noyabrın 2-də “Ayntraxt” münhenliləri darmadağın edib – 5:1. Komanda 10 turdan sonra 4-cü yeri tutur.
Kovaç “Bavariya”ya ötən ilin yayında gəlib. O klubu çempionatın qalibi etsə də Çempionlar Liqasında “Liverpul”a məğlub olub.