e32ebd13-245f-4da6-8b2a-2d67a9504600..jpg

“Bavariya” və Qarabağın Avropa Liqasındakı rəqibi “Bayer” qalib gəldilər – VİDEO

Baxış sayı: 523 dəfə baxılıb.

“Bavariya” və Qarabağın Avropa Liqasındakı rəqibi “Bayer” qalib gəldilər –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasında IX turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, son çempion “Bavariya” səfərdə “Maynts”a üç qolla qalib
gəlib – 1:3.

Münhen klubuna qələbə qazandıran qolları Kinqsli Koman, Harri Keyn və Leon
Qoretska vurublar. Meydan sahiblərinin təsəlli topuna Antoni Kasi imza atıb.

“Bavariya” hazırda 20 xalla üçüncü pillədədir. Autsayderlər sırasında
qərarlaşan “Maynts” iki xalla 17-cidir.

Lider “Bayer” isə səfərdə “Volfsburq”a güc gələ bilib. “Qarabağ”ın Avropa
Liqasının qrup mərhələsinin III turunda qonağı olacağı Leverkuzen təmsilçisi
1:2 hesablı qələbə qazanıb. “Bayer”in qollarını Jeremi Frimponq və Alexandro
Qrimaldo vurublar. Meydan sahiblərinin heyətində Maksens Lakrua fərqlənib.

“Bayer” 22 xalla əvvəlki kimi zirvədədir. “Volfsburq” 12 xalla doqquzuncudur.

Faiq Tahirov


Source link