4f913a6a-b75d-47b6-b823-990be610257e..jpg

“Bavariya” vaxtilə Riberinin “Real”a keçidinin qarşısını halal qida ilə alıb

Baxış sayı: 2. 580 dəfə baxılıb.

“Bavariya” vaxtilə Riberinin “Real”a keçidinin qarşısını halal qida ilə alıb

“Bavariya”nın fəxri prezidenti Uli Höness həyat yoldaşının yarımmüdafiəçi
Frank Riberinin “Real Madrid”ə transferinin qarşısını almaq üçün alman
komandasına necə kömək etdiyindən danışıb.

“Mənim gözəl ailəm var. Onsuz futbolda heç nə mümkün olmazdı. Menecer kimi
insanları evə nahara aparırdım və Süzi nəsə fikirləşirdi. Məsələn, 2010-cu ildə
Frank Riberinin “Bayern”dəki hekayəsi bitmiş kimi görünəndə, agentləri onu az
qala “Real”a satmışdılar. Biz Frank və həyat yoldaşı Vahibəni şam yeməyinə
dəvət etdik. Süzi xüsusilə Vahibə üçün halal yemək hazırladı. Gözəl axşam idi
və yeməkdən sonra Vahibə dedi ki, Frank, biz Münhendə qalırıq”, – deyə Höness
xatırlayıb.

Qeyd edək ki, Riberi 2006-cı ildə İslamı qəbul edib. Onun həyat yoldaşı Vahibə
əlcəzairli müsəlmandır. Cütlüyün dörd övladı var.

Mənbə: Sports.ru

Source link