9a735708-6ddc-4ac7-9811-3ac586ae875a..jpg

“Bavariya” yenə xarakter göstərdi – VİDEO

Baxış sayı: 567 dəfə baxılıb.

“Bavariya” yenə xarakter göstərdi – VİDEO

Almaniya Bundesliqasında VI tur davam edir.

Cixisyolu.com xəbər verir ki, son çempion “Bavariya” “Leypziq”lə səfər oyununda xal
itkisi ilə üzləşib – 2:2.

İlk hissədə Lois Openda və Kastelyo Lukebanın qolları ilə meydan sahibləri iki
topluq üstünlük qazanıblar. Lakin fasilədən sonra “Bavariya” məğlubiyyətdən
xilas olmağı bacarıb. Əvvəlcə Harri Keyn penaltini dəqiq yerinə yetirib. Oyunda
son nöqtəni isə Leroy Sane qoyub.

Hazırda “Bavariya” 14 xalla üçüncü pillədədir. Komanda lider “Bayer”dən
(Leverkuzen) iki xal geri qalır. “Leypziq”in 13 xalı var və beşincidir.

Faiq Tahirov


Source link