Baxçalı Ermənistanı ittiham etdi

Baxçalı Ermənistanı ittiham etdi

Baxış sayı: 8. 290 dəfə baxılıb.

Xocalı faciəsi qan yaddaşımız, qanayan yaramızdır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının TBMM-dəki növbəti qrup toplantısında çıxışı zamanı bildirib.

D.Baxçalı qeyd edib ki, Türkiyə olaraq Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliyi unutmayıblar:

“Qardaşlarımıza qarşı vəhşiliyi unutmadıq və unutmayacağıq. Ermənistan bilsin ki, Azərbaycan öz torpaqlarını işğaldan mütləq azad edəcək, o gün yaxındadır”. 

MHP lideri deyib ki, Xocalı soyqırımında əli olanlar bu gün Ermənistanın dövlət və siyasət həyatında çox yüksək məqamlara, vəzifələrə irəli çəkilib:

“Həmin alçaqlar, vəhşilər Ermənistanda mükafatlandırılıblar. Ermənistan prezidenti Serj Sarkisyan da bunlardan biridir”.

Onun sözlərinə görə, bir milyon soydaşımızın – azərbaycanlının yurd-yuvalarından didərgin salınması insanlıq cinayətidir.

“Azərbaycanın beşdə biri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk qrupu ona olan ümidləri, gözləntiləri illərdir doğrultmur. Erməni diasporunun ipinə sarılanlar Xocalı soyqırımına qarşı səssizdir. 

“Hamımız erməniyik” şüarı səsləndirən vətənsizlər Xocalı soyqırımının sanki ilhamçılarıdır. 1915-ci il hadisələri ilə bağlı əleyhimizə qərarlar qəbul edən Qərb ölkələri Xocalını necə izah edəcəklər?  

Hollandiya nə etməyə çalışır? Hollaniya bizə nə anlatmağa çalışmaqdadır?

Bu ölkə Serebrenitsada atdığı insanlıqdankənar addımları nə zaman pərdələyə bilib? 

XVI əsrdə onların elçilərinin İstanbula gəlib əl-ətək öpdüklərini də unutmamışıq…”, – deyə MHP lideri əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com