Baxçalı: “Fərat qalxanı” və “Zeytun budağı” Türkiyənin gücünün göstəricisidir

Baxçalı: “Fərat qalxanı” və “Zeytun budağı” Türkiyənin gücünün göstəricisidir

Baxış sayı: 2. 694 dəfə baxılıb.

Bizim məsələmiz, bizim amalımız namus bildiyimiz vətəndir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu bu gün MHP-nın 12-ci növbədənkənar böyük qurultayında çıxışı zamanı adıçəkilən partiyanın sədri Dövlət Baxçalı deyib.

O, vətənin – Türkiyənin bir qarış torpağının belə Tükiyə düşmənlərinə, PKK, YPG və YPG-li terrorçulara verilməyəcəyini bildirib:

“Bizlər vətən torpaqlarının parçalanmasına, bölünməsinə, işğalına imkan verə bilmərik və verməyəcəyik”.

Baxçalı 7 iyun 2015-ci il parlament seçkiləri zamanı daxili və xarici anti-Türkiyəçi güclərin MHP-ni parlamentdən kənarda saxlamağa yönəlik ən çirkin planlara əl atdığını, bu planların eyni zamanda, 1 noyabr 2015-ci növbədənkərar parlament seçkilərindən sonra  daha məkrli şəkildə davam etdirilməyə cəhd olunduğunu, ancaq milliyyətçilərin, ülkücülərin həmin planları, cəhdləri iflasa uğratdığını vurğulayıb:

“1 noyabr seçkilərindən sonra isə MHP-ni ələ keçirmək planına əl atdı. Ötən müddətdə hansı alçaqlıqlar, hansı rəzilliklər baş verdiyini özünüz də gördünüz. Amma Türk və Türkiyə düşmənləri Türk milliyətçiliyinin, Türkçülüyün son qalası olan MHP-ni, bütövlükdə isə Türkiyəni ələ keçirə bilmədilər. Həmin qüvvələrə, FETÖ alçaqlarına 15 iyul 2016-cı il hadisələrində öldürücü zərbə vuruldu. Bizim davamız, bizim məsələmiz namuz bildiyimiz vətəndir. Ona görə görə də bizim davanın bədəli yoxdur”.

Baxçalı çıxışında 15 iyul hadisələrinin, 24 avqust 2016-cı il tarixli “Fərat qalxanı” və 20 yanvar 2018-ci il tarixli “Zeytun budağı” əməliyyatlarının Türk xalqının və Türkiyənin tarixinə qızıl hərfllərlə yazılacaq bir zəfər, bir qələbə olduğunu da sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com