7d0e20d1-ff63-4df6-92e2-2ae00247b657..jpg

Baxımsız vəziyyətdə olan Yevlax bulvarı hər an uça bilər – VİDEO

Baxış sayı: 633 dəfə baxılıb.

Baxımsız vəziyyətdə olan Yevlax bulvarı hər an uça bilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV 2021-ci ildə Yevlax şəhərində Kür qırağı bulvar ərazisinin çökməsi
və təhlükəli vəziyyətin yaranması ilə bağlı
problemi işıqlandırmışdı.

Həmin vaxt İcra Hakimiyyətindən məsələnin nəzarətdə olduğu və təmir işlərinin
aparılacağı bildirilmişdi.

Hazırda isə həmin problem qalmaqdadır.

Sakinlərin sözlərinə görə, ərazidə dağıntılar çoxdur, oturub dincəlməyə yer
yoxdur.

Yevlax Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Kür çayının sahili qəzalı
vəziyyətdə olduğuna görə fəaliyyətini dayandırıb.

Qeyd edilib ki, bu rəyi Fövqəladə Hallar Nazirliyi (FHN) verib.

FHN-dən isə İcra Hakimiyyətindən məsələ ilə bağlı onlara hər hansı müraciətin
daxil olmadığını və qurum tərəfindən o əraziyə heç bir rəy verilmədiyini
bildiriblər.

Ətraflı süjetdə:


Source link