Baxtadze: Azərbaycanla azad ticarət rejimini genişləndirməliyik

Baxış sayı: 3. 328 dəfə baxılıb.

Baxtadze: Azərbaycanla azad ticarət rejimini genişləndirməliyik

Bizə yaxın qonşu və dost ölkə olan Azərbaycana səfərim çox məhsuldar və hər iki tərəf üçün çox mühüm bir səfər oldu.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Gürcüstanın baş nazir Mamuka Baxtadze hökumətin sentyabrın 6-da keçirilən yüksək səviyyəli iclasında səsləndirib. 

Onun sözlərinə görə, Bakıda Azərbaycan ilə Gürcüstan arasında birgə iqtisadi layihələr və bu sahədə mövcud olan bəzi problemlər müzakirə edilib.

Baş nazir deyib ki, ölkələrimiz arasında azad ticarət əlaqələri var, amma bəzi çatışmazlıqlar da mövcuddur:

 “Azərbaycan ilə azad ticarət rejimini genişləndirmək və xidmət sahəsində münasibətləri dərinləşdirmək bizim üçün vacibdir.

Hər iki tərəf ticarət dövriyyəsini yaxın iki il ərzində 50-60 faiz artırmağı qarşıya məqsəd qoyub.

Bu fakt ticarət dövriyyəmizin daha da genişləndirilməsinə yeni stimul verməlidir”.

M.Baxtadze, eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Bakıda bu məsələnin də müzakirə mövzusu olduğunu bildirib.

Baş nazir yeni regional layihələrin, o cümlədən enerji sektoruna aid layihələrin bundan sonra da fəal şəkildə müzakirə olunacağını xüsusi qeyd edib. 

Bildirib ki, Bakıya səfəri çərçivəsində Avropa və Çin ilə olduğu kimi, Azərbaycanla da azad ticarət zonasının yaradılmasına dair müqavilənin daha effektiv olmasına təkan verəcək yeni birgə müəssisələrin yaradılması barədə razılıq əldə edilib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com