6ae565e3-03fb-4a50-9431-ce701ed23f23..jpg

Bayden Finlandiya ilə Norveçi səhv saldı

Baxış sayı: 694 dəfə baxılıb.

Bayden Finlandiya ilə Norveçi səhv saldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden Nevada ştatının Reno şəhərində seçki kampaniyası üçün
keçirilən ianə toplantısında çıxış edərkən Finlandiya ilə Norveçi səhv salıb.

Prezident 2023-cü ilin noyabrında ölümündən 10 gün əvvəl ABŞ-nin keçmiş dövlət
katibi Henri Kissincerlə danışdığını deyib.

“O dedi ki, Avropa uzun müddət Rusiyaya bir qədər ehtiyatla baxıb. Biz
Avropaya gələnə qədər vəziyyət belə olub. Lakin biz Avropanı birləşdirdik,
NATO-nu genişləndirdik. İsveç və Norveçi də alyansa qatdıq”, – deyə Bayden
Kissincerin sözlərini yanlışlıqla xatırlayıb.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni
vaxtda ərizə təqdim ediblər. Finlandiya Şimali Atlantika Alyansına 4 aprel
2023-cü ildə, İsveç isə 7 mart 2024-cü ildə qoşulub. Norveç NATO-nun qurucu
ölkələrindən biri olub və 1949-cu ildə yarandığı gündən təşkilatın üzvüdür.

Mənbə: TASS

Source link