a8684610-89a5-4b0f-973d-a7e283871e4e..jpg

Bayden Ledi Qaqaya vəzifə verdi – FOTO

Baxış sayı: 1. 059 dəfə baxılıb.

Bayden Ledi Qaqaya vəzifə verdi – FOTO

Müğənni və aktrisa Ledi Qaqa Co Bayden tərəfindən Prezidentin Mədəniyyət və
İncəsənət Komitəsinin həmsədri təyin edilib.

Bu barədə ABŞ liderinin Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta)
13 dəfə “Grammy” mükafatının sahibi olub və tarixdə kommersiya baxımından ən
uğurlu ifaçılardan biridir.

“The Journal Time” daha əvvəl onu dünyanın 100 ən nüfuzlu adamı siyahısına
salmışdı. Müğənninin xeyriyyəçilik işlərində və bəzi ictimai kampaniyalarda
fəal iştirakı qeyd edilir.

1982-ci ildə yaradılmış Komitə ABŞ prezidentinə və ABŞ hökumət rəsmilərinə
mədəniyyət siyasəti ilə bağlı məsləhətlər verir.

Ledi Qaqa Bayden kampaniyası çərçivəsində dəfələrlə tədbirlərdə çıxış edib və
ona dəstək kampaniyasını fəal şəkildə dəstəkləyib. 2021-ci ilin yanvarında o,
Baydenin andiçmə mərasimində ABŞ himnini ifa edib.

Mənbə: TASS

Source link