Bayden prezidentliyə namizəd olduğunu unutdu: “Pensilvaniya! Məni Konqresə
göndərin” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Prezidenti Co Bayden Pensilvaniya ştatında baş tutan seçkiqabağı
kampaniyasında çaşqınlığa yol verib.
Bayden yenidən prezidentliyə namizədliyini irəli sürdüyünü unudub və
seçicilərdən onu konqresə göndərmələrini istəyib.
“Pensilvaniya, sizə sözüm var, məni konqresə göndərin ki, bu hüququ
dəstəkləyim. Sizə söz verirəm ki, konqresi geri aldığımız zaman “Rou Ueydə
qarşı” (ABŞ Ali Məhkəməsinin 1973-cü ildə qəbul etdiyi qərardır ki, bu qərara
əsasən, döl həyat qabiliyyətli olana qədər qadın öz istəyi ilə, o cümlədən
tibbi yardımla hamiləliyini dayandıra bilər – red.) qərarını ölkənin qanunu
kimi bərpa edəcəyik”, – deyə o, seçicilər qarşısında çıxışında bildirib.
Mənbə: “Citizen Free Press”