437fd2ce-ba29-47cd-a10a-72df1133ad41..jpg

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” – VİDEO

Baxış sayı: 467 dəfə baxılıb.

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər
Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı “altı
yaşlı yuxulu Don” adlandırıb.

“Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald
dinləyir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir adamam”, – deyə Bayden
bildirib.

O, 2024-cü il seçkilərinin tam sürətlə getdiyini qeyd edərək, yaşın da problem
olduğunu etiraf edib. Onun siyasi rəqibi ilə bağlı şərhi otaqda gülüşə səbəb
olub. Bayden özünü əla hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp
Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyini irəli
sürmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. Bayden isə Demokrat
Partiyasından geniş dəstək alıb.

Mənbə: news.ru

Source link