Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun
layihəsini imzalayıb.
Məlumata görə, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr
Palatası, daha sonra isə ABŞ Senatı tərəfindən təsdiqlənib.
Qeyd olunur ki, paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün
61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da
daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək
üçün vəsait daxildir. ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini
təsdiqləyib.
Mənbə: TASS