3211906e-62b8-4027-9068-d0c3275e2e58..jpg

Bayden və Tramp üz-üzə görüşəcəklər: Tarix açıqlandı

Baxış sayı: 464 dəfə baxılıb.

Bayden və Tramp üz-üzə görüşəcəklər: Tarix açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden və onun rəqibi, keçmiş prezident Donald Tramp 27 iyun
və 10 sentyabrda televiziya debatlarında üz-üzə gəlmək barədə razılığa gəliblər
və bu da onların Ağ Ev uğrunda yarışda “stavka”larını kəskin şəkildə artırıb.

Bayden və Tramp arasında ilk prezidentlik debatının tarixi rəsmi şəkildə
açıqlanıb.

Debat CNN telekanalı tərəfindən keçiriləcək.

“Dediyiniz kimi, harada istəsəniz, istənilən vaxt və istənilən yerdə”, – deyə
Bayden sosial media hesabında yazıb.

Bayden və Tramp Corciya ştatının Atlanta şəhərində görüşəcəklər. Debat iyunun
27-də Vaşinqton vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 05:00) canlı
yayımlanacaq.

Mənbə: Qolosameriki.com

Source link