2a8ff61a-eed7-4cf2-a1e8-424be4df8b36..jpg

Baydendən İsrailə tövsiyə: “HƏMAS-ın arxasınca getməyə davam etsinlər, amma…”

Baxış sayı: 778 dəfə baxılıb.

Baydendən İsrailə tövsiyə: “HƏMAS-ın arxasınca getməyə davam etsinlər, amma…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden mülki şəxslərlə bağlı İsrailə tövsiyə verib.

Bayden Merilend əyalətində qatıldığı iclas zamanı jurnalistin İsrail-Fələstin
məsələsi ilə bağlı sualını cavablandırıb.

“İsrailin Yeni ilə qədər müharibə intensivliyini azaltmalı olduğunu
düşünürsünüzmü?” – deyə jurnalist sual verib.

“İsraildən mülki şəxslərin həyatlarını necə xilas edə biləcəklərinə
diqqətlərini yönəltmələrini istəyirəm. HƏMAS-ın arxasınca getməyə davam
etsinlər, amma mülki şəxslərlə bağlı daha diqqətli olsunlar”, – deyə ABŞ
prezidenti qeyd edib.

Xatırladaq ki, Co Bayden əvvəlki gün verdiyi açıqlamada, İsrailin Qəzzada
bombardmanları səbəbi ilə dünyada dəstəyini itirməyə başladığını və Baş nazir
Benyamin Netanyahunun məsələnin uzunmüddətli həlli üçün hökumətini dəyişməli
olduğunu bildirib.

Mənbə: Anadolu

Source link