ba06092f-b234-4f3a-9b08-ad2aa106a841..jpg

Baydendən öz tənqidçisinə sərt cavab: “Ağzını yum!”

Baxış sayı: 641 dəfə baxılıb.

Baydendən öz tənqidçisinə sərt cavab: “Ağzını yum!”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Bayden onun sözünü kəsən tənqidçisinə emosional reaksiya
verib.

İnsident ABŞ liderinin Vaşinqtonun “Union Station” arenasında çıxışı zamanı
yaşanıb.

Dövlət başçısı uşaqların sağlamlığına qoyulan sərmayələrdən danışarkən naməlum
şəxs onun sözünü kəsərək tənqid etməyə başlayıb. “Yaxşı, mən sənə belə
deyəcəyəm: Ya qalx səhnəyə və öz sözünü de, ya da ağzını yum. Yaxşı?” –
prezident deyib. Tamaşaçılar onun sözlərini alqışlarla qarşılayıblar.

Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez müxtəlif
səhvlərə yol verir.

Mənbə: TASS

Source link