Baydeni İranı gücləndirməkdə günahlandırdılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ Prezidenti Co Baydenin Tehranla bağlı siyasəti İrana öz mövqelərini
möhkəmləndirməyə imkan verib”.
Bunu 2024-cü il prezident seçkisində respublikaçılardan namizəd olmaq istəyən
Florida qubernatoru Ron Desantis deyib.
“İran HƏMAS-ı, “Hizbullah”ı maliyyələşdirir… Problemin kökü Baydenin İrana
qarşı sanksiyaları yumşaltmasıdır. Onların ölkəsinə böyük pul axınları
yönəlib”, – deyə Desantis bildirir.
Siyasətçi debatda Respublikaçılar Partiyasından prezident seçkisində iştirak
etmək niyyətində olan ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli ilə
birlikdə iştirak edib.
Mənbə: TASS