Bayıl sürüşmə zonasında qazma işlərinə başlanılıb

Bayıl sürüşmə zonasında qazma işlərinə başlanılıb

Baxış sayı: 2. 719 dəfə baxılıb.

Hazırda Bayıldakı sürüşmə zonasında vəziyyət stabildir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Bayıl sürüşmə ərazisindəki son durumu şərh edərkən deyib.

Bildirib ki, hazırda nazirliyin əməkdaşları ərazidə qazma işləri aparır:

“Hazırda görülən işlər əvvəl görülən işlərin davamıdır. Sahədə buruq-qazma işlərinə başlanılıb. Son günlər apardığımız müşahidələrə əsasən, sahədə yerləşdirdiyimiz reperlər və mayaklarda heç bir dəyişiklik yoxdur.

Hazırkı vəziyyət sabitdir. Həmçinin ümumi respublika üzrə qeydə aldığımız bülletenimiz də hazırdır. Orada 90-na yaxın məntəqə haqqında məlumat yerləşdirilib. Birazdan həmin bülletenlər saytda yerləşdirilərək mediaya təqdim ediləcək ”.

.
www.ÇıxışYolu.Com