Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl sürüşmə sahəsində son vəziyyəti açıqlayıb.
ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov ÇıxışYolu.Com-a bildirib ki, Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur, vəziyyət stabildir.
Ə. Qaralov bildirib ki, ikinci gün ərazidə olan evlərə ərazidə mayaklar qoyulub, müşahidə aparmaq üçün digər qurğular yerləşdirilib:
“Topoqrafiq işlər görülür. Əvvəlcədən məlumat verildiyi kimi, çatların uzunluğu təxminən 100-120, dərinlik 5-12 metr arasındadır”.