Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında münaqişə zəminində Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb.
Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Zərər çekən döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.