Bakının Səbail rayonunda 5 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, Bayıl qəsəbəsində qeydə alınan hadisə zamanı 3 minik maşını toqquşub.
Muradov Şahin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yol hərəkəti qaydasını pozaraq “anidən dönmə” əməliyyatı edib.
Arxadan gələn Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “Jiquli”-yə çırpılıb.
Zərbənin təsirindən “VAZ 2107” markalı avtomobildə olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə dəyib.
“Hyundai” markalı maşın isə Dənizkənarı Bulvarın hasarına dəyərək dayanıb.
Qəza zamanı “Jiquli”-nin sürücüsü Şahin Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Zöhrə Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
“Hyundai” markalı avtomobilin sürücüsü Qadir Məmmədov və onun anası da yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
“VAZ 2107”markalı avtomobildə olan yaralılardan Zöhrə Muradlının vəziyyəti ağırdı.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu