659d44a7-3c8c-42db-9f55-d8d5cb9d77fa..jpg

“Baykar”: “Selçuk Bayraktarın şəkillərindən istifadə edilərək yayılan elanlar saxtadır” – FOTO

Baxış sayı: 952 dəfə baxılıb.

“Baykar”: “Selçuk Bayraktarın şəkillərindən istifadə edilərək yayılan elanlar
saxtadır” – FOTO

“Baykar” şirkəti İdarə Heyətinin sədri Selçuk Bayraktarın fotoşəkillərindən
istifadə edilərək yayımlanan elanların saxta olduğu barədə açıqlama yayıb.

Açıqlamanın mətnində deyilir:

“Bir müddətdir sosial mediada və bəzi internet saytlarında “Türkiye Petrolleri
Anonim Ortaklığı” (TPAO) adından və “Baykar” İdarə Heyətinin sədri Selçuk
Bayraktarın fotoşəkillərindən istifadə edilərək “investisiya imkanı” və “əlavə
gəlir” başlıqları ilə yayımlanan elanlar açıq-aşkar saxtakarlıq cəhdidir.

Bu cəhdin saxtakarlıq olduğu TPAO tərəfindən də açıqlanıb. Sözügedən
dələduzluq fəaliyyətinə qarşı lazımi hüquqi prosedurlar başladılıb və
vətəndaşlarımıza zərər dəyməməsi üçün bu və buna bənzər dələduzluq
fəaliyyətlərinə etibar edilməməsini xahiş edirik”.

Source link