8a8afc3b-9834-4c1a-885d-9d35fb60255f..jpg

“Bayraktar” və “HAROP” olmadan düşmənin raket komplekslərinin məhv edilməsi – ŞƏRH + FOTO

Baxış sayı: 1. 895 dəfə baxılıb.

“Bayraktar” və “HAROP” olmadan düşmənin raket komplekslərinin məhv edilməsi –
ŞƏRH + FOTO

Hərbidə hədəflərin xarakterinə uyğun olaraq adekvat zərbələrin endirilməsi
təcrübəsi göstərir ki, hava hücumundan müdafiə sistemləri daha çox aviazərbələr
vasitəsilə məhv edilir.

Vətən müharibəsinin gedişatında Azərbaycan Ordusu Ermənistanın zenit-raket
komplekslərini ən müasir silahlarla darmadağın etmişdi.

İndi həmin texnikaların cəmləşdiyi ərazini hərbi qəbiristanlıq kimi qələmə
vermək olar, metal yığını kimi qalan silahlar Azərbaycanın arsenalında olan ən
müasir silahların (“Bayraktar”, “Harop”, lazer silahlar və sair) vurduğu
damğaları üzərilərində daşıyırlar.

Bəzən isə ballistik raketlərin və ya hava hücumundan müdafiə sistemlərinin
yararsız hala salınması üçün aviazərbələr münasib versiya kimi nəzərdən
keçirilmir.

Çünki elə strateji nöqtələr olur ki, oranı böyük partlayış dalğası ilə məhv
etmək məqbul sayılmır.

Məsələn, yaşayış məntəqəsinə yaxın ərazilərdə mülki itki olmasının qarşısının
alınması üçün aviazərbə ikinci plan kimi nəzərdən keçirilir. Yaxud hava
hücumundan müdafiə sistemlərinin idarəetmə məntəqəsindəki terrorçuların sağ ələ
keçirilməsi əsas hədəf kimi qarşıya qoyula bilər.

Belə mürəkkəb situasiyalarda yalnız xüsusi təyinatlı qüvvələrin peşəkarlığına
müraciət edilir.

Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı qrupların təlimi də belə
əməliyyatlar üçün peşəkar hazırlıq məşqidir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimin ssenarisində xüsusi təyinatlı
qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin
hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib.

Diqqət çəkiləcək məqamlardan biri isə budur ki, təlim maksimum dərəcədə real
döyüş şərtlərinə yaxınlaşdırılıb.

Belə təlimlərdə məqsəd:

1. Partlayışlar olmadan terrorçuların zərərsizləşdirilməsi,

2. Sağ ələ keçirilənlərdən əhəmiyyətli məlumatların öyrənilməsi,

3. Zenit-raket komplekslərinin bahalı mərmi atılmadan, sadə üsulla məhv
edilməsi.

Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev və
Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri də izləyib.

Aqşin Kərimov

Source link