64429895-0d3c-4c6f-be5b-0d143f275952..jpg

Bayram günləri işləyənlərə ikiqat pul veriləcək? – RƏSMİ AÇIQLAMA + VİDEO

Baxış sayı: 822 dəfə baxılıb.

Bayram günləri işləyənlərə ikiqat pul veriləcək? – RƏSMİ AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruzla bağlı qeyri-iş günlərinin olmasına baxmayaraq, bayramda işləyənlər də
az deyil.

Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

“Bayram günlərində də işə çıxıram. İndi işə gedirəm. Restoranda işləyirəm.
İkiqat maaş almıram, əlavə pul da vermirlər. Əksinə, maaşımdan da az verilib”,
– sakin deyib.

Bəs bayram günlərində işdə olanlara əməkhaqqı hansı qaydada verilməlidir?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, bayramda, istirahət günlərində işə
çıxanlara ikiqat pul ödənilməlidir:

“Elə sahələr var ki, iş dayanmır. Onlarda qrafik üzrə olduğu üçün fərq etmir.
Qeyri-formal əmək sektorunda bunu çətin ki, etsinlər”.

Vəkil Hikmət Əliyev isə qeyd edib ki, bayram günlərində və əlavə vaxtlarda işə
cəlb edilmiş şəxslərə əlavə haqqın ödənilməməsi işçi tərəfindən şikayət
ediləcəyi təqdirdə vəzifəli şəxslər 1500 manatadək məbləğdə məsuliyyətə cəlb
edilə bilərlər. Vəkil həmçinin əlavə edib ki, işçi bayram günündə çalışdığı
üçün ona ödənilməyən pul vəsaitinin verilməsi ilə bağlı məhkəmədə iddia da
qaldıra bilər.

Daha ətraflı Baku TV-nin materialında:


Source link