c664a895-b00a-43e2-851d-8406ddaf3b27..jpg

Bayram günlərində İTV-nin efirində nələr gözlənilir?

Baxış sayı: 848 dəfə baxılıb.

Bayram günlərində İTV-nin efirində nələr gözlənilir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdan gələn bayramlarla əlaqədar İctimai Televiziyanın proqram setkasında
dəyişikliklər edilib.

31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar İTV-nin
istehsalı olan “Həmrəylik Günü” filmi saat 15:30-da, bunun ardınca isə bayram
ovqatında hazırlanmış “Camaat nə deyir?” verilişi nümayiş etdiriləcək. İl
ərzində baş vermiş ən mühüm və maraqlı hadisələrin şərhi “İTV Xəbər Yekun”da
saat 20:00-da təqdim olunacaq.

Beynəlxalq lisenziyalı layihə olan və böyük maraqla izlənilən “Maska” şousunun
(31 dekabr 21:00) növbəti buraxılışı da bayram ab-havasında nümayiş
etdiriləcək. Yanvarın 3, 4 və 5-də (saat 20:30) isə “Maska”nın efirə getmiş
əvvəlki buraxılışlarının təkrarını izləmək mümkün olacaq. Gecə yarısı Prezident
İlham Əliyevin xalqı təbrik nitqindən sonra baxımlı konsert proqramları efirə
veriləcək.

Hər il olduğu kimi Vyana Filarmoniya Orkestrinin yeni il konsertinin canlı
yayımı isə 1 yanvarda (14:15) nəzərdə tutulur. Bundan başqa, Müslüm Maqomayevin
80 illik yubileyinə həsr olunmuş konsert proqramı 2 yanvarda (16:05)”,
Xarıbülbül. Konsert proqramı (22:40), 6 yanvarda “Oxşarabad 2: Korifeylər”
Konsert proqramı(23:15), “Bir mahnının tarixçəsi” (14:30) və sair musiqi,
əyləncə məzmunlu verilişlərin yayımı proqrama salınıb.

Maraqla izlənilən verilişlərdən Kim zəngin olmaq istəyir? Milyonların şousu (6
yanvar 20:30), Nə? Harada? Nə zaman? İntellektual oyun (2-5 yanvar gecə
saatlarında), “Əlaçı”(5 yanvar 19:00 və 7 yanvar 12:25), 61! (6 yanvar 17:25),
Breyn-rinq İntellektual oyun (7 yanvar 19:00), gənclərin müzakirə məkanı olan
MAG (2-5 yanvar saat 15:00) bayram günlərində xoş ovqat yaradacaq.

İTV-nin istehsalı olan “Sən demə” (1 yanvar 20:30), “Oxşarabad” (2 yanvar,
20:50), “Oxşarabad 2: Korifeylər”(6 yanvar, 22:00), “Şou-biznesin sonu”(4
yanvar, 15:15) bədii filmlərini də bayram günlərində izləmək mümkün olacaq. İTV
istehsalı olan verilişlərdən “Yeməsəm olmaz”, “Yaxşısı budur”, “Barlı bağ”,
“Ozan Məclisi”nin bayram buraxılışları tamaşaçılara xoş anlar yaşadacaq.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan sevilən köhnə filmlərlə
yanaşı, yenilərinə də efir setkasında günün müxtəlif vaxtlarında yer ayrılıb.
Xalq artisti, dünya şöhrətli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletinə həsr olunan “Məhəbbətdən uca” bədii filmini (7 yanvar 18:20) ilk dəfə
izləmək mümkün olacaq. Elçin Əzizovla “Kvartirnik” 3 yanvar 17:00-da efirdə
olacaq.

Bundan başqa, tamaşaçılara Sony Pictures, “Mosfilm” kinostudiyası və digər
məşhur şirkətlərin istehsalı olan ən baxımlı, yüksək reytinq qazanmış bədii,
sənədli filmlər, o cümlədən “I” əməliyyatı və Şurikin digər macəraları” (31
dekabr, 18:20), Fransız komediya və döyüş filmi olan “Taksi 3” (2 yanvar),
Oskar mükafatı almış “Tutsi” (4 yanvar, 17:00), Hollivud istehsalı olan “Marmot
günü” (1 yanvar), məşhur “Titanik” (6 yanvar 22:00”, “Evdə tək” (4 yanvar
22:20) “Jandarm istirahətdə” və başqa filmlər peşəkar dublyajla nümayiş
etdiriləcək.

İctimai Televiziya həmişə olduğu kimi kiçik yaşlı tamaşaçılarını da unutmur.
Yanvarın 1-dən 5-dək səhər saatlarında “Maşa və ayı” cizgi serialı, “Fikslər”,
“Santanın məxfi dəstəsi”, “Ördək nağılları”, “Hörümçək adam”, “Buz dövrü”
animasiya filminin bütün bölümlərini izləmək uşaqlara xoş anlar yaşadacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan xalqını Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir!

Source link