c7bf6cbe-802b-492b-8562-3c8798a66bc3..jpg

Bayram günlərində yol-nəqliyyat hadisələrində səkkiz nəfər həyatını itirib – FOTO

Baxış sayı: 590 dəfə baxılıb.

Bayram günlərində yol-nəqliyyat hadisələrində səkkiz nəfər həyatını itirib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6-sı aralığında respublika
ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi
baş verib”.

Bunu Cixisyolu.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş
Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantıElvin Hacıyev bildirib.

O qeyd edib ki, bu qəzalarda səkkiz nəfər həyatını itirib, 24 nəfər xəsarət
alıb:

“Təəssüf hissi ilə qeyd edirəm ki, dəfələrlə media subyektləri, eləcə də
sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də
sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur. Bunun nəticəsində də
arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri
içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa,
sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma,
nəqliyyat vasitəsinin nasaz halda idarə edilməsi də yol-nəqliyyat hadisələrinin
baş verməsinə səbəb olur. Bir daha sürücülərə yol hərəkəti qaydalarının
tələblərinə ciddi şəkildə riayət etməyi tövsiyə edirik”.

Könül Cəfərli

Source link