Bayram günü axtarışda olan 53 nəfər saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bayram günündə cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata əsasən, ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı
qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən
təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs
qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilib ki, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyən edilib.