Bayram günü Bakıda evlərdən birindən 17 min manatlıq oğurluq olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları
oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın
1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro
pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində notbuk
oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli
müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.