Bayram günü yol qəzalarında 14 nəfər ölüb

Bayram günü yol qəzalarında 14 nəfər ölüb

Baxış sayı: 3. 607 dəfə baxılıb.

Novruz tətili günlərində (20-26 mart) Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı 14 nəfər ölüb.

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 61 yol-nəqliyyat hadisəsi baş verib: 

“Baş verən yol qəzaları nəticəsində 14 nəfər ölüb, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”. 

www.ÇıxışYolu.Com