017fa013-8937-41e9-aa07-30ec3cbf4be3..jpg

“Bazar qiyməti” adı altında verilən vədlər: Kompensasiyanın məbləği nə qədər olmalıdır? – VİDEO

Baxış sayı: 619 dəfə baxılıb.

“Bazar qiyməti” adı altında verilən vədlər: Kompensasiyanın məbləği nə qədər
olmalıdır? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda paytaxtda söküntü işləri aparan Tikinti şirkətləri “bazar qiyməti” adı
altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyi
vədini verir.

Xezerxeber.az xəbər verir ki, halbuki həmin evlərin kvadrat metrini iki, hətta
üç dəfə baha qiymətə satırlar.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, vətəndaş evini
istədiyi qiymətə sata bilər. Əgər vətəndaş qiymətdən razı deyilsə, onda qarşı
tərəflə danışıqlar aparılmalıdır.

Paytaxtda pilot layihələrin icrasına diqqət çəkən R.Osmanlı qeyd edib ki, bu
layihələrlə bağlı qaydalar dəyişib:

“Əvvəllər sahibkarlar istədiyi ərazidə bu işi görə bilirdi. Yeni qaydalarda
paytaxt üzrə sıxlıq əmsalları nəzərə alınmaqla pilot layihələrə icazə verilir”.

Daha ətraflı videomaterialı təqdim edirik:


Source link