49c474c1-7219-4f3e-bbb4-7f45f75ce653..jpg

Bazara satışa çıxarılan avtomobillərin sayı kəskin artıb – VİDEO

Baxış sayı: 616 dəfə baxılıb.

Bazara satışa çıxarılan avtomobillərin sayı kəskin artıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq
avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır.
Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov
deyir ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb.

S.Qədirovun fikrincə, bazarların dolu olmasının səbəbi alverçilərin bir neçə
maşını satışa çıxarmasıdır. Çünki heç də hər kəs xaricdən avtomobil almağa
üstünlük vermir. Səbəb isə sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə
gəlməməsidir.

Elə sürücülər də xaricdən sifariş verilən avtomobillərdə problemlərlə
qarşılaşdıqlarını deyirlər.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox
avtomobil idxal edilib.

Ətraflı süjetdə:


Source link