Bazarda arvadını öldürmək istəyənə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yanvarında Nizami rayonunun Qara Qarayev prospektində yerləşən “8-ci
kilometr” (“Vosmoy”) bazarında həyat yoldaşını qətlə yetirməyə cəhd etmiş
şəxsin məhkəməsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə 36 yaşlı Pənah Şükürov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam
öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə qısqanclıq zəminində baş verib. Bazarda satıcı işləyən
arvadı, 1991-ci il təvəllüdlü A.Şükürovanı qısqanan şəxs onun iş yerinə gələrək
qadına hücum edib. O, bazarda insanların gözü qarşısında arvadının boğazını
kəsərək öldürməyə cəhd edib. Bu zaman arxası üstə yerə yıxılan qadın aktiv
müqavimət göstərib dizlərini boğazına sıxaraq ərinin onu öldürməsinə imkan
verməyib. Qadın diz, bud, sağrı və əl nahiyələrindən bir neçə xəsarət alıb.
Hadisə zamanı bazarda olan şəxslər dəmirlə Pənaha zərbələr endirərək onu
çətinliklə arvadından uzaqlaşdırıblar.
Məhkəmənin hökmü ilə P.Şükürova 11 il 3 ay həbs cəzası verilib.