9bf50dfe-2872-440d-b284-32eeaea7980f..jpg

Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” – VİDEO

Baxış sayı: 720 dəfə baxılıb.

Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim həmişə səsim olub. 24-25 yaşımda həyat yoldaşımdan ayrıldım.
Qohum-əqraba mənə çox təzyiq etdi ki, ayrılma. Ona görə mən qohumların 50
faizini itirdim. Düşündüm ki, oxumağa başlasam, onları tamamilə itirərəm. Mən
də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra
gəlib meyvə-tərəvəz satılan topdansatış yerində işlədim. Kartof təmizləyəndə
bir mahnı oxumuşdum. Uşaqlar çəkib “TikTok”a yerləşdirmişdilər. Video internetə
yüklənəndən 3 gün sonra bütün sosial şəbəkələrdə məşhurlaşdım. Məni efirə dəvət
etdilər”.

Bunu Moderator.az-a bazarda kartof təmizləyərkən oxuduğu ifaları ilə məşhurluq
qazanan Elnarə Vahidova deyib.

O, daha sonra məşhurluğun ona pul qazandırmadığını deyib.

“Tanınmaq mənə yetmədi, o gün, bu gün işimi də itirdim. 4-5 ay efirdə olduğum
üçün meyvə-tərəvəz yerinə başqasını işə götürdülər. Məşhurluğumdan zərbə aldım,
pul qazanmadım, toylarım olmadı. Mən istərdim ki, yenidən efirə qayıdım. Yenə
də köhnə işimə qayıtmışam. Bu günlərdə “Salam mənim cavanlığımın oğrusu”
mahnısını ifa etdim. Bu mahnı məni yenidən tanıtdı. Fəhlə işləyirəm, qışın
soyuğunda betonun üstündə, istidə asfaltın üstündə oluram. İşim meyvə-tərəvəz
çeşidləməkdir. Yaxşı bir müəllim istəyirəm ki, mənə toy repertuarını öyrətsin,
toylara gedim. Mahnıları yalnız qulaq asmaqla öyrənirəm. Çox əziyyət çəkirəm. O
qədər köməyə ehtiyacım var ki”, – deyə Elnarə Vahidova deyib.

Elnarə Vahidova bildirib ki, bir neçə sənətkarımızdan dəstək istəsə də, həmin
şəxslər ona köməklik etməyib.

“Mənim Xalq artisti Alim Qasımova böyük hörmətim var. Şamaxı-Şirvan məktəbinin
ağsaqqalıdır. Onunla görüşdüm. Dedi ki, mən toylara getmirəm, toya getsəm, sən
bir bayatı oxusan, səni dünya tanıyar. Bir neçə il bundan əvvəl Nazpəri
Dostəliyeva və Mələkxanım Əyyubova ilə görüşmək üçün bir musiqi məktəbinə
getdim. Nazpəri xanım orada yox idi. Bir mahnı oxudum, Xalq artisti Canəli
Əkbərov içəridən gəldi. Dedi ki, nə gözəl səsdir! Mələkxanım Əyyubova heç mənə
tərəf baxmadı da. Maraqlanmadı ki, bu oxuyan kimdir?! Elnarə Abdullayeva ilə də
görüşmüşəm. Mənə kömək etmək əvəzinə dedi ki, get 300 manat tap ver bir
müəllimə, sənə hərfləri öyrətsin. Elnarə deyərdi ki, gəl 300 manat verib, səni
müəllim yanına aparacağam. Ən azından bunu edə bilərdi Elnarə! Heç biri mənə
dəstək olmayıb. Hətta əməliyyatım üçün Elnarə Abdullayevdan 150 manat pul
istədim, vermədi. Halbuki 500 manat düzətmişdim, 150 manat çatmırdı. Bu gün
Şamaxı musiqi məktəbinin heç bir yetirməsi mənə dəstək olmayıb”, – deyə müsahib
bildirib.


Source link