a4db2dcf-7c08-4f98-93da-87cb536baa77..jpg

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi – FOTO

Baxış sayı: 636 dəfə baxılıb.

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və
çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəlik də,
münasib qiymətə rast gəlmək mümkündür. Meyvələrin qiymətinin azalmasını
insanlar çaşqınlıqla qarşılayıblar.

Bəs görəsən, ucuzlaşmanın səbəbi nədir?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə
ekspertCəfər İbrahimlinin sözlərinə görə, məhsuldar sortların əkilməsi
istehsalı artırır:

“Azərbaycanda son illərdə əkin sahələrinin nisbətən genişlənməsi, məhsuldarlıq
və aqrotexniki qulluğun fermerlər tərəfindən yaxşılaşdırılması, daha çox
məhsuldar sortların əkilməsi məhsul istehsalını artırır.

Çiyələk məhsulunun bir hissəsi, təxminən, 20 min tonu Rusiyaya və yaxın
ölkələrə ixrac olunur. Əsasən də Rusiya bazarına ixrac olunur. Yerdə qalan
hissəsi isə daxili bazarda realizə olunur”.

C.İbrahimli bildirib ki, bu il fermerlərin məhsulun qiyməti ilə bağlı
narazılıqları var:

“Əkin sahələrinin artımı var, amma məhsuldarlıq hava şəraiti ilə də bağlıdır.
İlkin çıxan məhsul tam istixana şəraitində yetişdirilməyib. Məhsul boldur.

Müəyyən qədər qiymətin aşağı düşməsi Rusiyaya ixracın azaldığını göstərir.
Rusiyada da bəzi sahələrdə bu məhsulun yetişdirilməsi artıb. Bu da məhsulun
ucuz olması üçündür. İxrac üçün məhsul rentabelli deyil. Belə olan halda daxili
bazarlarda qiymətin əvvəlki illərlə müqayisədə mövsümi günlərə görə aşağı
olduğu deyilir. Lakin paytaxt bazarlarında məhsul o qədər də ucuz deyil.
Fermerlər də bundan narazıdırlar”.

Ekspert əlavə edib ki, maya dəyəri yüksək olduğundan fermerlər böyük gəlir
əldə edə bilmirlər:

“Buna görə də narazıdırlar. Çiyələkdən ancaq yemək üçün istifadə edirlər. Emal
müəssisələri və ev şəraitində bağlamalar üçün sonrakı dönəmdə istifadə
edəcəklər. Bazarda məhsulun bolluğu qiymətin düşməsinə səbəb olub.

Fermerlərin qiymət məsələləri hər zaman müzakirə olunur. Məhsul ucuz olsa da,
bazarda baha satılır. Bunun da fundamental səbəbləri var. Bazarın özünəməxsus
infrastrukturu var. Topdan və pərakəndə satış var.

Bir neçə əl dəyişir. Hərə öz mənfəətini qoyur. Bazara daxil olanda qiymət
artır. Burada alan, daşıyan, satan bütün riskləri üzərinə götürür. Pərakəndə
satışı həyata keçirənlər ucuz alıb, bazarda mənfəət əldə etmək istəyirlər. O,
qiymətdəyişmə ilə də bağlı bütün riskləri üzərinə götürür. Əsas məsələ budur”.

Nəzrin Vahid

Source link