f7b41c9d-96f2-4b6e-9ae3-7e80d0ff5aa7..jpg

Bazarlarda satılan turşular təhlükəlidirmi? – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 971 dəfə baxılıb.

Bazarlarda satılan turşular təhlükəlidirmi? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düzgün hazırlanmayan turşular zəhərlənməyə, bəzən də ölümə gətirib çıxarır.

Qış mövsümündə turşuya olan təlabatın artması bəzən müəyyən fəsadlarla
müşaiyət olunur.

Bəs alıcılar turşu alarkən nələrə diqqət edirlər?

Satıcılar deyir ki, onlar satdıqları turşuların təhlükəsizliyinə zəmanət
verirlər. Onların sözünə görə, meyvə-tərəvəzlərdən düzəldilən bu bağlamalar
sterilizə olunmuş şəraitdə hazırlanır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlanılıb.

Qurumdan verilən məlumata görə, Agentlik tərəfindən mütəmadi olaraq qida
zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlama nəzarət
tədbirləri həyata keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, konservləşdirilmiş məhsul alarkən onun
istehsal və son istifadə tarixlərinə, etiket məlumatlarına, qabın səthində
nöqsanların olub-olmamasına diqqət etsinlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


Source link