40eb4eb0-c561-4fdc-a500-9dd6193e8783..jpg

BBC Linekerdən üzr istədi

Baxış sayı: 1. 134 dəfə baxılıb.

BBC Linekerdən üzr istədi

BBC telekanalının rəhbərliyi işdən çıxarılan Qari Linekerdən üzr istəyib.

İngiltərəli keçmiş futbolçunun “Match of the Day” verilişinə geri qayıdacağı
gözlənilir.

“Qari BBC-nin dəyərli üzvüdür. Kanalımızın onun üçün nə qədər vacib olduğunu
bilirəm. Həftəsonu yenidən ekranlarımızda olmasını səbirsizliklə gözləyirəm”, –
deyə kanalın baş direktoru Tim Deyvi bildirib.

Məşhur futbolçu özü də sosial şəbəkədə paylaşım edərək, şənbə günü işinə
qayıdacağını təsdiqləyib.

Xatırladaq ki, Lineker özünün “Twitter” hesabında İngiltərə hökumətinin
qaçqınlarla bağlı siyasətini tənqid etdiyi paylaşıma görə işindən
uzaqlaşdırılmışdı.

Mənbə: “CNN Turk”

Source link