“Mövcud hava şəraitinin yol hərəkəti iştirakçılarına yaratdığı çətinliklərlə
bağlı edilən xəbərdarlıqlara baxmayaraq, son iki gündə qeydə alınan
yol-nəqliyyat hadisələrinin təhlili verilən tövsiyələrə daha ciddi əməl
olunmasının vacibliyindən xəbər verir”.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət
Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
“Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkə ərazisində müşahidə olunan yağışlı
hava ilə əlaqədar bir daha avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət
edərək onlardan yağışlı, dumanlı havalarda sürüşmə ehtimalının dəfələrlə
artmasını, görünüş məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını nəzərə
alaraq, sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı,
avtomobillərinin mövsümə uyğun təchiz olunmasını təmin etməyi, nasaz nəqliyyat
vasitələri ilə yola çıxmaqdan çəkinməyi, özləri və digər hərəkət iştirakçıları
üçün təhlükəli vəziyyətlər yaratmamağı xahiş edir”, – məlumatda qeyd edilib.